Hesabat: 2022-ci ildə Fransada hər 12 dəqiqədən bir itkin uşaq xəbər verilir

21:06 25 May 2023

Ötən il Fransada 40 mindən çox uşaq “itkin düşmüş” kimi qeydə alınıb. Bu itkilərin 37,9 faizi 15 yaşdan kiçik uşaqlar olub.

Sitat.info xəbər verir ki, "Droit d'Enfance, (Uşaq Hüquqları) Assosiasiyası Beynəlxalq İtkin Uşaqlar Günü münasibətilə Daxili İşlər Nazirliyinin məlumatlarına əsaslanan hesabat dərc edib.

Məlumata görə, 2022-ci ildə müxtəlif səbəblərdən hər 12 dəqiqədə bir uşaq itkin düşüb.

Fransada 2022-ci ildə 40 mindən çox uşaq “itkin düşmüş” kimi qeydə alınıb. Bu itkilərin 37,9 faizi 15 yaşdan kiçik uşaqlar olub.

İtkin düşən uşaqların 63%-i 15 yaşdan yuxarı uşaqların valideynləri ilə anlaşa bilmədiyi üçün evlərini tərk etmələri səbəbindən edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti