Sinan Oğandan hadisə kimi açıqlama: "İlham Əliyev mənə zəng etməyib, nə də mənim..."

00:14 26 May 2023

"Prezident İlham Əliyev mənə zəng etməyib. Açıq-aydın deyirəm ki, İlham Əliyev mənə zəng etməyib. Mənimlə bağlı İlham Əliyevdən heç bir mesaj gəlməyib". 

Sitat.info xəbər verir ki, bu sözlər ATA ittifaqından prezidentliyə namizəd Sinan Oğan deyib.

Oğan İlham Əliyevin heç vaxt belə bir işə təşəbbüs edəcəyini düşünmədiyini bildirib:

"Mənim ona bir Türk dövlətinin rəhbəri olduğuna görə dərin hörmətim var. Eyni zamanda Qazaxıstan, Türkmənistan və digər Türk dövlətlərinin rəhbərlərinə olduğu kimi. Türk respublikaları ilə əlaqədə olmaq bizim "Turançı" ruhumuzun bir ənənəsidir. Türk respublikaları ilə yaxın əlaqələrin olması ilə ürək bağının olması başqa bir şeydir. 

Türkiyənin Azərbaycanın daxili işlərinə qarışmadığı kimi, Azərbaycanın da Türkiyə daxili siyasətinə qarışmaması başqa bir şeydir. Ona görə də, bu kimi mənasız iddialara etibar etmək olmaz.

Daha sonra deyirlər ki, mənim Azərbaycanda neft quyularım və daha nələr-nələrim var imiş. 

Bu neft quyuları hardadır? Seçim zamanında avtobusumuzun benzini qurtardı. Bu zaman bizi heç tanımayan bir şəxs buna şahid oldu. Həmin benzin doldurma məntəqəsinin işçisi 12 min tl tutan benzini özü qarşıladı".

Seymur,
Sitat.info



Xəbər xətti