Beyin çipi firması insanlar üzərində araşdırma üçün təsdiq aldı

10:33 26 May 2023

İlon Mask, beyin çipləri istehsal edən “Neuralink” şirkətinin insanlar üzərində ilk sınaqlarını keçirmək üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) icazə aldığını açıqlayıb.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Maskın Neuralink implant şirkəti beyinləri kompüterlərə birləşdirərək insanların görmə qabiliyyətini və hərəkətliliyini bərpa etməyə kömək etmək istəyir. O, iştirakçıları araşdırmalara götürməyə başlamaq üçün dərhal planlarının olmadığını söyləyib.

FDA-nın təsdiqini almaq üçün Neuralink-in mart ayında edilən təklifi təhlükəsizlik səbəbi ilə rədd edilmişdi.

Neuralink öz mikroçiplərindən iflic və korluq kimi xəstəlikləri müalicə etmək və müəyyən əlilliyi olan insanlara kompüter və mobil texnologiyadan istifadə etmək üçün istifadə etməyə ümid edir.

Meymunlar üzərində sınaqdan keçirilən çiplər beyində istehsal olunan siqnalları şərh etmək və Bluetooth vasitəsilə məlumatı cihazlara ötürmək üçün nəzərdə tutulub.



Xəbər xətti