Göygöldə maşını sel apardı - VİDEO

11:18 26 May 2023

Ötən gün intensiv yağan yağışlar nəticəsində Göygöl rayonunda sel fəlakəti baş verib.

Oxu.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə Göygöl rayonunun Topalhəsənli kəndində qeydə alınıb. Nəticədə VAZ-2106 markalı maşını sel aparıb. Ölüm halı qeydə alınmayıb.

Həmin görüntüləri təqdim edirik:

 



Xəbər xətti