Polşanın baş naziri: "Almaniyadan tələb etdiyimiz müharibə təzminatlarından imtina etməyəcəyik"

13:10 26 May 2023

Polşanın Baş naziri Mateuş Morawiecki Almaniya ilə əlaqələrinin uzun illər davam edəcəyini, lakin ölkəsinin İkinci Dünya Müharibəsindəki itkilərə görə istədiyi təzminatdan vaz keçməyəcəyini bildirib.

Sitat.info xəbər verir ki, Polşanın Baş naziri Morawiecki bu səhər qatıldığı Polşa Radio proqramında gündəmlə bağlı qiymətləndirmələr etdib.

Almaniyanın Varşava səfiri Tomas Baggerin iki ölkə arasında təzminat məsələsinin hüquqi baxımdan bağlandığına dair açıqlamalarını xatırladan Morawiecki deyib: “Tanrı bizə min il yan-yana yaşamağı nəsib etsin, ancaq göz yaşlarını və yaşananları, təzminatları ən azından minimum ölçüdə qəbul edərək bərpa etmək əlbəttə ki, müsbət bir hal olacaqdır". 

Morawiecki, Baggerin təkcə mənəvi deyil, həm də siyasi və sosial baxımdan səhv etdiyini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti