Yunan mediasında etiraf: Biz Türkiyəyə çata bilmərik...

15:41 26 May 2023

Yunan mediasının Türkiyəyə marağı davam edir.

Bu dəfə Türkiyə iqtisadiyyatı Yunanıstan iqtisadiyyatı ilə müqayisə edilib.

Sitat.info xəbər verir ki, SL press saytında “Yunanıstan niyə Türkiyə ilə rəqabət apara bilmir?” adlı məqalə yayımlanıb. ürkiyə iqtisadiyyatının maliyyə məlumatları buraya daxil edilib.

Məqalədə Türkiyənin iqtisadi böyüklüyü 905 milyard dollar, Yunanıstanın isə 223 milyard dollar olduğu istiqamətində müqayisə edilib.

İki ölkənin iqtisadiyyatları arasındakı böyük fərqə diqqət çəkən yazıda deyilir:  “Zaman Türkiyənin xeyrinə gedir” deyə qeyd edilir. Məqalədə “Türkiyə sənaye, tikinti, kənd təsərrüfatı istehsalı, turizm kimi bütün sektorlarda təsirli iqtisadi artım göstərərək uğur qazanıb. O, böyük gücə çevrilib”. Türkiyənin dünyanın ən böyük yüngül ticari avtomobil istehsalçısı olduğu da göstərilir.  

Nərgiz,

Sitat.info



Xəbər xətti