Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevin Podolsk rayonundakı yaşayış məhəllələrini atəşə tutub.
Report xəbər verir ki, bu barədə Kiyev Şəhər Administrasiyası teleqramda məlumat yayıb.
“Hadisə yerində artıq xilasedici və tibb işçiləri fəaliyyət göstərir. Yaşayış binalarının dağıntı xarakteri, miqdarı və zərərçəkmişlərin sayı dəqiqləşdirilir”, - məlumatda qeyd olunub.