Serbiya ordusu maksimum hazırlıq vəziyyətinə gətirildi

17:41 26 May 2023

Serbiya Prezidenti Aleksandar Vuçiç ordunu maksimum hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.

Sitat.info xəbər verir ki, bu barədə “Veçernıye novosti” qəzeti məlumat yayıb.

“Serbiya Prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Aleksandr Vuçiç ordu hissələrinin döyüş hazırlığının ən yüksək səviyyəyə gətirilməsi haqqında sərəncam imzalayıb. Ordunun Kosovo və Metoxiya ilə inzibati xəttə doğru təcili hərəkətə keçməsinə göstəriş verilib”, - məlumatda qeyd olunub.



Xəbər xətti