"Daşınan silahlar ruslarındır, Rusiya Qarabağda hərbi baza yaradır" - Akif Nağıdan SENSASİON AÇIQLAMA

17:38 26 May 2023

"Rusiya sülhməramlıların Qarabağdakı erməni terrorçularının silah daşımasına kömək edirlər, yoxsa bu Rusiya sülhməramlıları deyilən hərbi kontingentin özlərinin silahlarıdır və onları bir yerdən başqa yer daşıyırlar. Mən hesab edirəm ki, bu Rusiyanın özünü  silahlarıdır".

Sitat.info xəbər verir ki, bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Sitat TV-nin efirində səsləndirib. 

O bildirib ki, hazırda Ermənistanın bu ərazilərə ciddi təsiri yoxdur, o ki, qaldı erməni terrorçularının: "Rusiya özünün təxribat qruplarını yaradıb, bu gün də orada şəraitə uyğun olaraq, Azərbaycanın mövqeyi sərtləşdikcə yerdəyişmə edir. Bu da hərbi ehtiyaclar baxımından normal bir haldır. Biz ona bu şəkildə qiymət verməliyik və Rusiya qarşısında məsələ kəskin şəkildə qoyulmalıdır".

A.Nağı bildirdi ki, Rusiya Qarabağda hərbi bzaz yaratmağa çalışır: "Bir tərəfdən sülhdən danışırsınız, kommunikasiyaların açılmasını istəyirsiniz, digər tərəfdən vasitəçi olmaq istəyirsiniz, tərəflərə məsləhətlər verirsiniz. Amma o biri tərəfdə Qarabağda nə ilə məşğulsunuz? Bunu izah edə bilərsiniz? Ermənistanda hərbi bazası var Rusiyanın. İndi o bazadan çıxması gündəmə gəlir deyə, Qarabağda hərbi baza yaratmaq niyyətinə düşüb və silah daşımaları da onunla bağlıdır. Məntiq bunu tələb edir ki, bu hansısa terror qrupunun hərbi yerdəyişməsi deyil. Mən inanmıram  ki, Rusiya hansısa terror qrupuna xidmət etsin. Söhbət onların özlərinin hərbi bazasını yaratmasından gedir. Bu məsələ ciddi şəkildə araşdırmalıdır". 

Nərgiz,

Sitat.info

 



Xəbər xətti