Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanacağı təqdirdə Ankara İrəvanla münasibətlərdə müsbət addımlara hazırdır.
Sitat.info xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması müsbət haldır: "Biz İrəvanın son bəyanatını müsbət qiymətləndiririk, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlər, qarşılıqlı müsbət bəyanatlar var. Biz bunu dəstəkləyirik. Azərbaycan hərtərəfli sülh sazişi təklif edib, əgər Ermənistan hə desə, çox yaxında müzakirələr aparılacaq və o (müqavilə) imzalanacaq. Biz Türkiyə olaraq bu vəziyyətdə bəzi müsbət addımlar atacağıq”, - deyə Çavuşoğlu bu gün çıxışı zamanı bildirib.
Nərgiz,
Sitat.info