Kamran Əliyevdən TƏYİNAT: Laçının yeni prokuroru KİMDİR?

12:00 18 Mart 2022

Laçın rayonuna yeni prokuror təyin olunub.

Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İlqar Səadətov Laçın rayon prokuroru vəzifəsinə təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a məlumatı təsdiqləyib.

Qeyd edək ki, İ.Səadətov bu təyinata qədər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsində çalışıb.



Xəbər xətti