Putin Braziliya prezidenti ilə görüşüb

22:40 26 May 2023

Rusiya prezidenti Vladimir Putin Braziliya prezidenti Luis İnasio Lula da Silva ilə telefon danışığında Ukraynadakı vəziyyəti müzakirə edib.

Sitat.info xəbər verir ki, Kreml Sarayından verilən məlumata görə, Putin və Lula da Silva arasında telefon danışığı olub.

Görüş zamanı Lula da Silva Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Liderlər Zirvəsi və Ukrayna probleminin həllində vasitəçilik təşəbbüsləri ilə bağlı fikirlərini Putinə çatdırıb.

Putin Ukraynadakı vəziyyətin gedişatı ilə bağlı da qiymətlər verib və “Kiyev və onun Qərb tərəfdarları tərəfindən bloklanan siyasi və diplomatik dialoqa” açıq olduqlarını bildirib.

Görüş zamanı Rusiya ilə Braziliya arasında münasibətlər, BRİKS və digər beynəlxalq platformalarda birgə iş müzakirə edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti