Aralıq dənizini keçməyə çalışan 500-ə yaxın nizamsız miqrantın olduğu qayığın itdiyi açıqlanıb.
Sitat.info xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Aralıq dənizi Koordinasiya Ofisinin sözçüsü Flavio Di Giacomo, Twitter hesabından paylaşım edərək bildirib: "500 miqrantı daşıyan və izi itən qayığın taleyi ilə bağlı hələ heç bir məlumat yoxdur. Təcili yardım qrupu axtarışlara davam edir".
Di Giacomo itkin düşənlərə çatmaq üçün axtarış-xilasetmə fəaliyyətlərinə lazımi dəstəyin verilməsini istəyib.
Seymur Bənnayev
Sitat.info