BMT: Sudanda atəşkəsə baxmayaraq toqquşmalar davam edir

23:38 26 May 2023

Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəflər arasında qısamüddətli atəşkəsə baxmayaraq, Sudanda fərdi toqquşmaların davam etdiyini bildirib.

Sitat.info xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında Sudandakı mövcud hadisələri çatdırıb.

BMT-nin atəşkəsə rəsmən nəzarət etmədiyini qeyd edən Düjarrik ölkənin müxtəlif bölgələrində insanların hələ də böyük əzablara məruz qaldığına diqqət çəkib.

"Son məlumatlar göstərir ki, Sudanda fərdi münaqişələr davam edir. Bizim humanitar yardım işçilərimiz münaqişənin dayandığı hər an yardım çatdırmağa çalışırlar", - Düjarrik bildirib.

BMT-nin Ümumdünya Ərzaq Proqramının ölkədə 600 min insana yardım çatdırdığını bildirən Dujarrik, Ümumdünya Səhiyyə Təşkilatının da münaqişənin başlanğıcından bu yana 38 səhiyyə müəssisəsinin hücuma məruz qaldığını bildirdiyini açıqlayıb.

Kənan

Sitat.info



Xəbər xətti