ABŞ Vaqner rəsmisinə qarşı sanksiyalar tətbiq edib

23:49 26 May 2023

Amerika Birləşmiş Ştatları Rusiyanın “Vaqner” muzdlu qruplaşmasının Malidəki hərbi komandiri İvan Aleksandr Maslova sanksiya tətbiq etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada Rusiyanın muzdlu qruplaşması "Vaqner" Malidəki gizli əməliyyatlarla Ukraynadakı müharibə üçün hərbi texnika əldə etməyə cəhd etdiyi üçün Malidəki "Vaqner" hərbi qrupunun rəhbəri İvan Aleksandr Maslova sanksiya tətbiq etdiklərini açıqlayıb.

Bəyanatda deyilir ki, ABŞ Maslovu Ukraynadakı müharibədə istifadə üçün Mali üzərindən hərbi texnikanın tədarükü üçün saxta sənədlərdən istifadə etdiyinə görə sanksiyaya məruz qoyub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti