Türkiyə hakimiyyəti Öcalanla görüşüb? – Bozdağdan açıqlama

16:28 27 May 2023

İmralıda PKK lideri Abdullah Öcalanla heç bir görüş olmayıb.

Sitat.info xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Tvitter hesabında yazıb.

“Əksinə, terror təşkilatlarının Kamal Kılıçdaroğluna verdiyi dəstəyi gizlətmək üçün qəsdən bu kimi iddialar irəli sürülür. Günəş palçıqla örtülmür. Terror təşkilatlarının Kılıçdaroğluna dəstəyini gizlətməyə heç bir yalan kifayət etməz”, - Bozdağ bildirib.

Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu Türkiyə hakimiyyətinin İmralıda PKK lideri Abdullah Öcalanla görüşdüyünü iddia edib.



Xəbər xətti