Vuçiç istefa verdi, yeni rəhbər seçildi

18:37 27 May 2023

Serbiya Prezidenti Aleksandr Vuçiç hakim Serb Tərəqqi Partiyasının rəhbəri vəzifəsindən istefa verib.

Sitat.info xəbər verir ki, A.Vuçiç bunu partiyanın Kraquevaçda keçirilən qurultayında elan edib.

O, qurultayda sədr vəzifəsinə hazırkı müdafiə naziri Miloş Vuçeviçin namizədliyini irəli sürüb.

Qeyd edək ki, A.Vuçiç 2012-ci il sentyabrın 29-da partiyanın sədri seçilib.

***

Serbiya Baş nazirinin müavini, müdafiə naziri Milon Vuçeviç Serb Tərəqqi Partiyasının (STP) rəhbəri vəzifəsinə seçilib.

Bu barədə Vuçeviç özü məlumat verib.

Vuçeviç STP-nin keçmiş sədri Aleksandr Vuçiçə 11 il partiyaya rəhbərlik etdiyi üçün təşəkkür edib.



Xəbər xətti