Hulusi Akar: “Azərbaycandakı qardaşlarımız üçün əlimizdən gələni edirik”

23:35 27 May 2023

“Azərbaycan, Kipr, Liviya, Kosovo və Bosniyadakı qardaşlarımız üçün əlimizdən gələn nə varsa edirik”.

Sitat.info xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Xatırlayın, Ermənistan Azərbaycanın torpaqlarını işğal etdi. Xocalıda çox böyük qırğınlar törətdi. Uşaq, qoca, cavan (qətlə yetirildi-red) və bu qırğın 30 il davam etdi. Bir milyona yaxın insan evsiz-eşiksiz qaldı. 30 illik işğal ATƏT-in tükünü də tərpətmədi. Nəhayət azərbaycanlı qardaşlarımız "artıq bəsdir”, - dedilər”, - Hulusi Akar vurğulayıb.

“Allah Prezidentimizə (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan-red) cansağlığı versin. Dedi ki, Azərbaycan tək deyil. Allahın izni ilə bu problem 44 gündə həll olundu”, - Türkiyənin milli müdafiə naziri əlavə edib.



Xəbər xətti