Maral Akşənərdən seçkilərlə bağlı açıqlama

19:48 28 May 2023

Bu sistemin dəyişəcəyinə ümidimiz və inamımız var.

Sitat.info xəbər verir ki, bunu İYİ Partiyasının sədri Maral Akşənər prezident seçkilərinin 2-ci turu ilə bağlı danışarkən deyib.

“Bütün müşahidəçilər son ana qədər seçki qutularının başında gözləməlidir. Hər hansı bir yorğunluq əlaməti və ya problem hiss edərlərsə, mənsub olduqları partiyaya zəng etməlidirlər. Xüsusilə gənclərdən xahiş edirəm ki, orda qalsınlar və motivasiyalarını yüksək tutsunlar. Xeyirli olsun!”, - partiya sədri bildirib.

Qeyd edək ki, hazırda səslərin 71%-dən çoxu sayılıb. Ərdoğan 54,37 faizlə liderlik edir.



Xəbər xətti