Ərdoğanın balkon çıxışı üçün hazırlıqlar başladı

19:52 28 May 2023

Türkiyədə prezident seçkilərinin ikinci turu çərçivəsində 81 əyalətdə yerli vaxt ilə səhər saat 08:00-da səsvermə prosesi saat 17:00-da başa çatıb və səslərin hesablanmasına başlanıb.

Sitat.info xəbər verir ki, səslər hesablanarkən prezident Ərdoğanın balkon çıxışı gözlənilən AKP İstanbul İl Başkanlığı binasında hazırlıqlar başlanıb.

Türkiyə daxili işlər naziri Süleyman Soylu, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, AKP sədr müavini Numan Kurtulmuşun İstanbul AKP binasına gəldiyi bildirilib.



Xəbər xətti