Priqojin Rusiya prezidentliyinə iddia etdi

08:57 29 May 2023

“Vaqner”in rəhbəri Yevgeni Priqojin rusların prezident seçkisində səs verə biləcəyi siyasətçilərin reytinqinin dərcini şərh edib. Həmin məlumatda özünün də adı qeyd olunub. 

Sitat.info xəbər verir ki, o, siyasi ambisiyalarının olmadığına işarə edib.

“Qətiyyən narahat olmayın, rahatlayın və gəlin, sadəcə işləyək, yaradaq. Biz güclü ordu yaratmalıyıq, hərbi əməliyyatın məqsədlərinə nail olmalıyıq, döyüş sursatı istehsalını qurmalıyıq”, - Priqojin bildirib.

O əlavə edib ki, ölkəni güclü edəcək, daha çox iş görülməlidir:

"Ölkə bütün dünyaya şərtlər diktə edə biləcək bir dövlətə çevrilməlidir”.



Xəbər xətti