İsrailin Dəməşqə hava hücumu təşkil etdiyi iddia edilib

11:10 29 May 2023

İsrailin Suriyanın paytaxtı Dəməşqdəki bəzi hərbi məntəqələrə hava hücumu təşkil etdiyi iddia edilib.

Sitat.info xəbər verir ki, Suriyanın SANA xəbər agentliyi hərbi mənbəyə əsaslanaraq, yerli vaxtla saat 23:45-də Dəməşq ətrafındakı bəzi məntəqələrin İsrail qüvvələrinin hava hücumu ilə hədəf alındığını iddia edib.

Xəbərdə: "Havadan müdafiə sistemlərimiz düşmən raketlərini qarşılayaraq bəzilərini vurdu. Hücum nəticəsində infrastruktura ziyan dəyib", - deyə yazılıb.

Hücumla bağlı İsrail rəsmilərindən heç bir açıqlama verilməyib.

Məlumdur ki, Dəməşq və onun kənd yerlərində Livan Hizbullahının ünsürləri ilə yanaşı, Suriya ordusu və İranın dəstəklədiyi terror qruplaşmaları da var.

İsrail vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri Suriyada zaman-zaman İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə hücumlar təşkil edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti