İstanbulun fəthinin 570-ci ildönümündə vətəndaşlara müraciət edən İBB prezidenti Əkrəm İmamoğlu: "Narahat olmayın, hər şey yenidən başlayır. Eyni şeyləri etməklə heç vaxt fərqli nəticələr gözləməyəcəyik", - deyib.
Sitat.info xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu prezident seçkilərinin ikinci turundan sonra sosial media hesabından açıqlama verib.
İmamoğlu çıxışında İstanbulluları bu gün saat 20:00-da Maltəpə meydanında təşkil etdikləri İstanbulun fəthinin 570-ci ildönümü tədbirinə dəvət edib.
Seymur Bənnayev
Sitat.info