Xankəndidə güclü partlayış: ölən var - Foto

12:23 29 May 2023

Mayın 27-də Rusiyanın süllhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycanın Xankəndi şəhərində güclü partlayış baş verib.

Sitat.info Trend-ə istinadən xəbər verir ki, separatçılara məxsus sosial media seqmentlərində yayılan məlumata görə, şəhərdə bir qarajda partlayış baş verməsi nəticəsində bir nəfər həlak olub. Xilasedicilər G-nin meyitini çökmüş binanın dağıntıları altından tapıb çıxarıblar.

Partlayış nəticəsində qarajın içərisində və yaxınlıqda olan VAZ 2106 və “Opel Astra G” markalı avtomobillərə də ziyan dəyib.



Xəbər xətti