Ukrayna Hərbi Hava Qüvvələri: "Rusiya 37 raket və 35 PUA ilə hücum edib"

13:29 29 May 2023

Ukrayna Hərbi Hava Qüvvələri mayın 29-u yerli vaxtla saat 05:00 radələrində Rusiyanın 37 raket və 35 PUA ilə Ukraynaya qarşı hücuma keçdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada hücumda istifadə edilən raketlərin "X-101" və *X-555" tipli raketlər, PUA-ların isə İran istehsalı "Şahed"lər olduğu bildirilib.

Hərbi Hava Qüvvələri 67 hava hücumunun qarşısı alındığını, raket və PUA-ların havada məhv edildiyini açıqlayıb.

Ukrayna Hərbi Hava Qüvvələrindən dünən verilən açıqlamada, Rusiyanın İran istehsalı olan 54 ədəd “Şahed” intiharçı təyyarəsi ilə Ukraynanı hədəf aldığı bildirilib. Hərbi Hava Qüvvələri bu hücumun Rusiyanın indiyədək ən böyük PUA hücumu olduğunu vurğulayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti