Anadolunun əbədi türk yurdu olaraq qalacağının tarixə həkk olunmuş möhürü olan İstanbulun fəthinin 570-ci ildönümünü təbrik edirəm.
Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında yazıb.
“Peyğəmbərimizin müjdəsi ilə mübarək olan, çağı açıb-bağlayan Fateh Sultan Mehmet xanı və qəhrəman ordusunu rəhmətlə yad edirəm”, - Ərdoğan bildirib.