Litvaya xeyli sayda ABŞ əsgəri gəlib. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Saytlar Litva prezidenti Qitanas Nausedaya istinad ediblər. Qeyd edilir ki, Nauseda Litvanın Blinkenin söz verdiyi əlavə 400 əsgəri qəbul etdiyini söyləyib.
"Artıq 400 amerikalı hərbçi ölkəmizə gəlib. Kontingentin genişlənməsi mümkündür", - prezident deyib.
Qeyd edək ki, Rusiya qoşunlarının Ukrayanaya daxil olmasından sonra NATO və ABŞ Baltikyanı ölkələrdə hərbi varlığını daha da gücləndirir.