Ukrayna İrana qarşı sanksiyalar tətbiq etdi

18:53 29 May 2023

Ali Rada Rusiyanı pilotsuz təyyarələr və silahlarla təmin etməsi səbəbindən İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqini təsdiqləyib.

Sitat.info xəbər verir ki, bunu ukraynalı deputat Aleksey Qonçarenko deyib.

İrana qarşı sanksiyaların tətbiqini 328 deputat dəstəkləyib.

Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış etmişdi.



Xəbər xətti