Azərbaycanla İraq arasında gənclər və idman sahələrində əməkdaşlıq müzakirə edilib

22:25 29 May 2023

Azərbaycanla İraq arasında gənclər və idman sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı Səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov tviterdəki hesabında yazıb.

“İraqın gənclər və idman naziri cənab Əhməd Əl-Mübarqa ilə görüşməkdən məmnunam. Azərbaycanla və İraq arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb”, - Nəsir Məmmədov qeyd edib.



Xəbər xətti