Moskvada binalara PUA ilə hücum edildi

09:13 30 May 2023

Bu gün səhər saatlarında Moskvada bir neçə binaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı Moskva şəhərinin meri Sergey Sobyanin öz teleqram kanalında açıqlayıb. 

Onun sözlərinə görə, hadisə nəticəsində bəzi binalara cüzi ziyan dəyib: “İnsident zamanı ciddi xəsarət alan olmayıb. Hadisənin detalları araşdırılır”.

 



Xəbər xətti