Kiyev Şəhər Hərbi İdarəsinin rəhbəri Sergey Popko, rusların dünən gecə paytaxt Kiyevə pilotsuz uçuş aparatları (PUA) ilə intensiv hücum həyata keçirdiklərini və Qolosiivski rayonunda mənzilin üzərinə qəlpə düşməsi nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını bildirib.
Sitat.info xəbər verir ki, Popko sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun son 24 saat ərzində Kiyevə 3 dəfə intensiv hava hücumu təşkil etdiyini qeyd edərək, Kiyev hava məkanında 20-dən çox PUA-nın məhv edildiyini bildirib.
Rusların hücumlarda davamlı olaraq silah dəyişdirdiyinə diqqət çəkən Popko, rus əsgərlərinin əvvəlki hücumlarında da ballistik raketlər və PUA-lardan istifadə etdiyinə diqqət çəkib.
Gecə saatlarında müxtəlif istiqamətlərdən bir neçə dalğada hücumların təşkil edildiyini bildirən Popko, hava həyəcanını təxminən 3 saat davam etdiyini qeyd edib.
Dağıntılar altında insanların olduğuna diqqət çəkən Popko, hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini deyib.
Seymur Bənnayev
Sitat.info