Ərdoğandan bunu istədim - Bayden

10:32 30 May 2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığımda Ankaranın İsveçin NATO-ya üzv olmasına etirazından əl çəkməsi istəyimi çatdırdım.

Sitat.info xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden jurnalistlərə açıqlamasında deyib.

“Ərdoğanla danışaraq onu təbrik etdim. O, hələ də F-16 üzərində işləmək istəyir. Mən ona dedim ki, biz İsveçin NATO-ya daxil olmasını istəyirik, gəlin bunu edək. Biz yenidən bir-birimizlə əlaqə saxlayıb bu barədə danışacağıq”, - Bayden bildirib.

Qeyd edək ki, Ərdoğan yenidən prezident seçildikdən sonra Bayden təbrik üçün zəng edib.



Xəbər xətti