Zelenski Rusiyanın Kiyevə raket hücumu zamanı küçədə olan uşaqları paylaşdı - VİDEO

11:04 30 May 2023

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın paytaxtı Kiyevə raket hücumu zamanı küçədəki uşaqların reaksiyalarını paylaşıb.

Sitat.info xəbər verir ki, görüntülərdə məktəbdən çıxan ukraynalı uşaqların Rusiyanın raket hücumu reallaşdırdığı anda eşitdikləri partlayış səslərindən sonra qışqıraraq qaçdıqları əks olunub.

Zelenski, “Uşaqlarımızı və xalqımızı Rusiya terrorundan qorumaqda kömək edən hər kəsə təşəkkür etmək istərdik”, - deyərək, ukraynalı uşaqların məktəbə getdikləri hər gün bu qorxunu yaşadıqlarını bildirib.

Sözügedən görüntüləri təqdim edirik:



Xəbər xətti