Ukrayna baş prokuroru Putinin həbsindən danışdı: "Heç vaxt heç vaxt deməyin"

13:37 30 May 2023

Ukraynanın baş prokuroru Andriy Kostin Rusiya prezidenti Vladimir Putinin “mühakimə olunmasının mümkün olub-olmaması” ilə bağlı suala cavab verib.

Sitat.info xəbər verir ki, Kostin bu suala belə cavab verib: “Heç vaxt heç vaxt demə. Hər şey öz əlimizdədir”. 
 Ukraynanın baş prokuroru Kostin, “Bu gün məndən Putinin mühakimə olunmasının mümkün olub-olmadığı soruşuldu. Şübhəsi olan hər kəs üçün cavabım belə oldu: “Heç vaxt heç vaxt demə”. Hər şey öz əlimizdədir. Beynəlxalq ictimaiyyətin birliyi və həmrəyliyi ədalətin və sülhün bərpasının açarıdır".
 Andriy Kostin deyib ki, Rusiya Federasiyasının Ukraynaya qarşı törətdiyi cinayətlərə görə cəzasız qalması qəbuledilməzdir: "Bu məqsədlə biz həm milli, həm də beynəlxalq səviyyədə hesabatlılıq, istintaq və təqibin qlobal şəbəkəsini yaradırıq. Bu barədə mən Bratislavada keçirilən GLOBSEC təhlükəsizlik forumunda danışdım. Əsgərlərimiz cəbhədə döyüşərkən biz də ədalət uğrunda mübarizə aparırıq ki, bu da böyük sınaqdır. Təcavüzkar hər gün yeni cinayətlər törədir. Bu çağırışlara cavab vermək üçün beynəlxalq dəstək vacibdir. Avropa ictimaiyyətinə və G7-yə Ukrayna ilə görünməmiş həmrəyliklərinə görə minnətdaram”.

Nərgiz,

Sitat.info



Xəbər xətti