Rusiyalı teleaparıcıdan dəhşətli Ukrayna etirafı: "Artıq susa bilmirəm..."

16:16 18 Mart 2022

Rusiyalı jurnalist və teleaparıcı Aleksandr Nevzorov özünün Telegram kanalında Ukraynadakı müharibə ilə bağlı həqiqətləri danışan yazı yazıb.

SİTAT.İNFO Ölkə.Az-a istinadən xəbər verir ki, o, Rusiya KİV-nin bir neçə həftə ərzində əslində nə baş verdiyini gizlətdiyini və rus ordusunun Ukrayna ilə müharibədəki “uğurları” barədə məlumat verdiyini yazıb. Jurnalist bildirib ki, ümumiyyətlə, təbliğatçılar böyük itkilərdən bəhs etməyiblər:

"Artıq susa bilmirəm. İndi Mariupolda terror var. Ordumuz mindən çox dinc sakinin gizləndiyi Dram Teatrına nəhəng bomba atdı. Bu rəqəmi bir düşünün. Biz bütün mənbələrdə dedik ki, t eatr Zalı Azov alayının 12 silahlısı tərəfindən qorunan mülki insanlarla doludur. Bir gün sonra onun üzərinə 500 kiloqramlıq bomba atırıq. Havada “Uşaqlar buradadır” yazılan onlarla foto görmək olar. Mənim bircə sualım var: biz onlarla əsgəri məhv etmək üçün yüzlərlə mülki vətəndaşı öldürsək, bu, azadlığa çıxmaqdırmı?”, - Nevzorov yazıb.



Xəbər xətti