“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moldovanın paytaxtı Kişineuda keçiriləcək görüşü səbirsizliklə gözləyirik”.
Sitat.info xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.
O bildirib ki, bu görüş tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq üçün vacibdir.
Ş.Mişelin sözlərinə görə, rəsmi Bakı ilə Qarabağdakı erməni icması arasında dialoq indi mühüm əsəmiyyət kəsb edir: “Hədəf dialoq olmalıdır. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır. Cəsarətli qərarlara ehtiyac var”.