Mirziyayevin prezidentliyə namizədliyi irəli sürüldü

16:51 30 May 2023

Bu gün Özbəkistan Liberal Demokrat Partiyasının qurultayında ölkənin hazırkı lideri Şövkət Mirziyayevin prezidentliyə namizədliyi irəli sürülüb.

Sitat.info xəbər verir ki, bu barədə Liberal Demokrat Partiyası məlumat yayıb.

Qeyd edək ki, növbədənkənar prezident seçkiləri iyulun 9-na təyin edilib. Seçki kampaniyasına mayın 10-dan start verilib.

Bu, konstitusiyada prezidentlik müddətinin 5 ildən 7 ilə uzadılması dəyişikliyindən sonra ilk seçkidir.



Xəbər xətti