Bolqarıstan Rusiyanın bu ölkədəki səfirliyinin 10 əməkdaşını “persona non qrata” elan edib.
Musavat.com Azadlıq radiosuna istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın XİN-i məlumat yayıb.
Qovulan diplomatlara ölkəni tərk etmək üçün 72 saat vaxt verilib. Onların hansı rütbədə olduqları hələ bilinmir.
XİN-in informasiyasında sürgünə standart səbəb göstərilib-“diplomatik statusa uyğun olmayan fəaliyyət göstərmək”...
Bilindiyi kimi bu cümlə olduqları ölkədə kəşfiyyat fəaliyyəti aparan diplomatlar üçün istifadə edilir.