İspaniya məktəbləri təxminən 100 min ukraynalı uşağı qəbul edəcək

17:00 18 Mart 2022

İspaniya məktəbləri Ukraynadan 100 minə yaxın uşağı qəbul edəcək.

SİTAT.İNFO Azərtac-a istinadən xəbər verir ki, bunu İspaniyanın təhsil naziri Pilar Aleqria deyib. Onun sözlərinə görə, hökumət bu xərcləri qarşılamaq üçün tədbirlər görür və məktəblərdə müəllimlərin sayını artırır.

“Həm muxtar icmaların, həm də nazirliyin yetkinlik yaşına çatmayanların xüsusi şəraitdə tədrisi ilə bağlı kifayət qədər təcrübəsi var. Onların emosional vəziyyətini nəzərə almaq vacibdir”, - deyə nazir bildirib.

P.Aleqria etiraf edib ki, yaxın gələcəkdə İspaniyada ukraynalı uşaqların sayı artacaq.



Xəbər xətti