Rejissorlar Mədəniyyət Nazirliyini "topa tutdu" - "Kənan MM-in nazirliyə böyrəyini satması məsələsi eşidəndə..."

19:31 30 May 2023

Bu gün rejissor Kənan MM özünün feysbuk səhifəsində "Böyrəyimi satıram, Qarabağ haqqında film çəkmək üçün” statusu müzakirələrə səbəb olub.
Əslində rejissorun bu dedikləri sarkazm olsa da, necə deyərlər, düz doqquzluğa vurub. Ümumiyyətlə, Azərbaycanda kino sahəsində çatışmazlıqları saymaqla bitməz. Hansı rejissoru dindirsək, o qədər problem sayacaq ki...

Hətta "Mədəniyyət Nazirliyi kino sahəsini monopoliyalaşdırıb" deyənlər də az deyil. Kimə istədi vəsait ayırır, layihələri öz adamlarına verir, ciblərini doldurur. Peşəkarlar qalır kənarda, kino da məhvə gedir. Təbii ki, belə olan halda narazılıqlar da artır.

Sitat.info-nun müxbiri  rejissor Elçin Ağazadə ilə əlaqə saxlayıb, duruma münasibət öyrənməyə çalışıb.

Onun qısa sitatına diqqət:

"Şəxsən mənim Mədəniyyət Nazirliyinə müraciətim olmayıb. Bunun başlıca səbəbi həmkarlarımın ümidlərinin qırılması olub. İstəməmişəm ki, bu halı yaşayım".
(Red.) Bu da bir rejissorun gileyi...Onlarla belə rejissor var ki, narazıdır. Hansını dindirsək, bomba kimi partlayar. Ölkədə güclü  reklam bazarı da yoxdur ki, sponsor vəsait ayırsın, ortaya yaxşı da iş qoyasan. Sonra da "Azərbaycanda kino yoxdur" deyirsiniz. Müşahidələr göstərir ki, həqiqətən də sponsorlar  milli vətənpərvərlik mövzusunda  film çəkmək istəyən rəjissora vəsait ayırmağa maraqlı deyil. Onu ancaq reytinq maraqlandırır.

Yalnız və yalnız əyləncəli, lag-lağa mövzulara maraq var. Ona görə də "Qarabağ" haqqında film çəkmək istəyən rejissor  Mədəniyyətimizin nazirinə üz tutur. O da ki belə...Bu boyda Zəfər qazandıq, ancaq sənədli filmlər, kinolar kifayət qədər çəkilmədi. Çəkilsə də barmaqla sayilacaq qədər.Bax budur, narazılıq, giley- güzar, bir də böyrəyini sizə satmaq istəyən rejissorun yazdığı acı status, hörmətli nazirlik...

Elçin Ağazadə deyir ki, Kənan MM-in böyrəyini satması ilə bağlı statusu sarkazm olsa da, içində bir həqiqət dayanır:

"Kənan MM-in statusuna gəlincə Mədəniyyət Nazirliyinə böyrəyini satması barədə müraciəti nə qədər sarkazm olsa da, onun içində bir o qədər də həqiqət dayanır. Çünki, Kənan MM-i uzun illərdir ki, tanıyıram. Bəlkə də 20 ildir...O vətənini, mədəniyyətini sevən adamdır. Statusu oxuyanda çox pis odum. Ümid edirəm ki, aidiyyatı olan qurumlar lazımi ölçü götürəcək. Çünki məhv olan kinomuzdur, istəməzdik belə bir hal yaşansın".

Məğrur, 
Sitat.info



Xəbər xətti