NATO-nun baş katibi Yens Stoltenberq Norveçin baş naziri Jonas Gahr Store ilə keçirdiyi mətbuat konfransında İsveçin NATO üzvlüyünə toxunaraq deyib: “İsveçin ən qısa zamanda tamhüquqlu üzv ola bilməsi üçün Türkiyə hakimiyyəti ilə sıx və daimi əlaqə saxlayıram".
Sitat.info xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Norveçin paytaxtı Osloda Norveçin baş naziri Jonas Gahr Store ilə görüşüb və birgə mətbuat konfransı keçirib.
Görüşdə Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni müharibəsini müzakirə etdiklərini bildirən Stoltenberq: "NATO müttəfiqlərinin dəstəyi ilə Ukraynanın işğal etdiyi ərazilərini azad edəcəyinə əminəm", - deyib.
Görüşdə İsveçin NATO üzvlüyünü də müzakirə etdiklərini bildirən Stoltenberq: “İsveç üzv olacaq. Bütün müttəfiqlər onları qoşulmağa dəvət etdi. Bunun nəticəsidir ki, onların təhlükəsizliyi onsuz da möhkəmlənir. İsveçin ən qısa zamanda tamhüquqlu üzv olması üçün Türkiyə hakimiyyət orqanları ilə sıx və daimi əlaqə saxlayıram. Bu, Norveç, bütün Skandinaviya və Baltikyanı region və NATO üçün də vacibdir”, - deyə qeyd edib.
Seymur Bənnayev
Sitat.info