Rusiya Ukraynanın yüksək səviyyəli komandirlərini axtarışda olanlar siyahısına əlavə edib

23:02 30 May 2023

Rusiya Daxili İşlər Nazirliyi Rusiyanın paytaxtı Moskvaya pilotsuz təyyarə hücumlarından sonra Ukrayna Baş Qərargah rəisi Valeri Zalujni və Ukrayna Quru Qoşunlarının komandanı Oleksanr Sirskini axtarışda olanlar siyahısına əlavə edib.

Sitat.info xəbər verir ki, Rusiyanın paytaxtı Moskvaya pilotsuz təyyarə hücumlarından sonra Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Baş Qərargah rəisi Valeri Zalujni və Ukrayna Quru Qoşunlarının komandanı Oleksanr Sirskini axtarışda olanlar siyahısına əlavə edib. Ukraynalı komandirlərə qarşı ittihamlar ictimaiyyətə açıqlanmayıb.

Rusiyanın Ukraynaya endirdiyi hava hücumları zamanı Ukraynanın təxminən 25 PUA ilə Moskvaya hava hücumu təşkil etdiyi iddia edilib. Hücumlarda çoxlu mənzillərin vurulduğu, Moskvanın Profsoyuznaya küçəsindəki bəzi mənzillərə ziyan dəydiyi üçün rus ailələrin evlərindən təxliyə edildiyi bildirilib. Rusiya prezidenti Vladimir Putin Rusiyanın paytaxtı Moskvaya pilotsuz təyyarələrin hücumuna görə Ukraynanı ittiham edib və hücumları “terror aktı” adlandırıb.

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti