Ukraynadan flaş açıqlama: Hücumlarla heç bir əlaqəmiz yoxdur, məmnuniyyətlə izləyirik

23:33 30 May 2023

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Moskvaya pilotsuz təyyarə hücumu ilə bağlı danışarkən deyib: "Bizim süni intellektlə işimiz var, lakin hücumlarla heç bir əlaqəmiz yoxdur. Hücumları məmnuniyyətlə izləyirik və hücumların artacağını təxmin edirik".

Sitat.info xəbər verir ki, Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak bildirib ki, Ukraynanın Moskvaya pilotsuz təyyarə hücumu ilə heç bir əlaqəsi yoxdur.

Podolyak televiziya proqramında videokonfrans vasitəsilə etdiyi çıxışda bu səhər Moskvaya pilotsuz təyyarə hücumundan danışıb.

“İnsanlar birtərəfli oyun oynaya bilər, suveren dövləti cəzasız qalaraq məhv etməyin mümkün olduğunu düşünürlər. Artıq heç kim Rusiyanı ciddiyə almır, Rusiya get-gedə Ukraynada etdiklərinin bədəlini ödəyəcək”, - Podolyak qeyd edib.

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti