Ukraynada zərbə hədəflərini Putin şəxsən seçir - General

08:55 31 May 2023

Rusiya Prezidenti Vladimir Putin Ukrayna şəhərlərinə aviazərbələr endirməklə müharibədəki uğursuzluqlarının qisasını alır.

Sitat.info xəbər verir ki, bunu Ukrayna ordusunun generalı, Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuz bildirib.

General qeyd edib ki, Putin Ukraynaya, xüsusən də Kiyevə hücumların hədəflərini şəxsən müəyyən edir.

Onun sözlərinə görə, Putin küncə sıxışdırılıb və ukraynalıları qorxutmaq və ölkəni danışıqlara məcbur etmək üçün ehtiyatsız davranmağa başlayıb.



Xəbər xətti