İki il əvvəl Əlcəzairdə anasını itirən gəncin yay-qış, gecə-gündüz anasının məzarını tərk etməməsi dünyanın gündəminə çevrilib.
Sitat.info xəbər verir ki, Əlcəzair mətbuatında yer alan xəbərə görə, ölkənin cənubundakı Adrarın Evlat Ahmet Teymi qəsəbəsində yaşayan və 18-20 yaşlarında olduğu təxmin edilən İsmail Bin Rabih iki il əvvəl ölən anasının məzarının yanında yatır. Ana ağrısı dərin yara buraxan gənc anasından ayrılıq ağrısını böyük duyğularla ifadə edib. Bin Rabihin anasının məzarının yanında üzü üstə uzandığını videoya çəkən bir sosial media istifadəçisi, 18-20 yaşları arasında olduğu təxmin edilən Əlcəzairli yeniyetmənin o gündən bəri böyük bir kədər və isteriya içinə girdiyini söyləyib.
Xəbərdə anasının ölümünü qəbul edə bilməyən Bin Rabihin böyük travma keçirdiyi vurğulanıb və gəncin müalicəsi üçün Əlcəzair səlahiyyətlilərinə müraciət edilib. Bildirilib ki, ölkədə emosional qarşılıqlı əlaqəyə və böyük hiddətə səbəb olan xəbərin sosial mediada yayılmasından sonra Adrar valisi Bahül əl-Ərəbi hekayənin mövzusu olan gəncin müalicəsi üçün hərəkətə keçilib.