NATO Şimali Koreyanın hərbi peyk buraxma cəhdini pisləyir

11:39 31 May 2023

NATO-nun baş katibi Yens Stoltenberq Şimali Koreyanın ballistik raket texnologiyasından istifadə edərək hərbi peyk buraxmaq cəhdini pisləyib.

Sitat.info xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq verdiyi yazılı açıqlamada, bu təşəbbüsü şiddətlə qınadığını ifadə edərək: "Bu, gərginliyi artırır, regionun və onun hüdudlarından kənarda təhlükəsizliyinə ciddi risklər yaradır. Bu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini açıq şəkildə pozur", - deyə bildirib.

Bəyanatda qeyd olunub:

"NATO Şimali Koreyanı bu təxribatçı hərəkətləri dayandırmağa və Koreya yarımadasının davamlı sülh və tam və yoxlanıla bilən nüvəsizləşdirilməsini təmin etmək üçün dialoqa qayıtmağa çağırır. Biz regiondakı yaxın tərəfdaşlarımız olan Koreya Respublikası və Yaponiyanın yanındayıq".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti