Türkiyədə Ərdoğan vəqfi quruldu

14:47 31 May 2023

Rəsmi qəzetdə dərc olunan elanla Ərdoğana hədiyyə edilən əşyaların nümayişi üçün muzey tikmək və kitabxana qurmaq məqsədi ilə Rəcəb Tayyib Ərdoğan Vəqfi yaradılıb. Vəqfin təsisçiləri arasında Vedat Dəmiröz, Hüseyn Aydın, Tevfik Göksu, Ahmet Özel və Nuri Aksu ilə yanaşı, prezident Ərdoğanın övladları Bilal Ərdoğan, Esra Albayrak, Sümeyye Erdoğan Bayraktar da var.

Sitat.info xəbər verir ki, 120 min lirəlik sərvətlə yaradılan fondun məqsədləri arasında elmi, mədəniyyət və incəsənət proqramları və sərgilər təşkil etmək var.

Vəqfin quracağı muzeyin prezident Ərdoğanın doğulub boya-başa çatdığı Kasımpaşada olması gözlənilir.

Təsisçilərin qısa müddətdə görüşərək vəqfin idarəçiliyini müəyyənləşdirəcəyi gözlənilir. 

Nərgiz,

Sitat.info



Xəbər xətti