Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan mayın 31-dən iyunun 2-dək qalacaqları Moldovaya işgüzar səfərə gediblər.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Paşinyan Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək ikinci sammitində iştirak edəcək. Tədbir çərçivəsində onun beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşləri keçiriləcək.
Qeyd edək ki, Moldovada Azərbaycan prezidenti, Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri və Avropa Şurasının prezidenti arasında beştərəfli görüş də nəzərdə tutulub.
Ayna,
Sitat.info