İran və Türkiyə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələrin gücləndirilməsində maraqlıdırlar.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bu gün, mayın 31-də Rusiya Dövlət Dumasının iclasında bildirib.
“Aİİ regionun bütün digər ölkələri üçün ağırlıq mərkəzinə çevrilə bilər. Biz Azərbaycan, Türkmənistan, Türkiyə, İran kimi ölkələrin elmi, ekspert və işgüzar dairələrinin birliyə böyük marağı görürük. Aİİ ilə Türk Dövlətləri Təşkilatı arasında yaxınlaşma ilə bağlı təkliflər var” -deyə Overçuk əlavə edib.
Qeyd edilib ki, 2023-cü ilin əvvəlində İranla Aİİ arasında azad ticarət sazişi imzalanıb.
Nərgiz,
Sitat.info