“İnterpol”-a yeni rəis müavini təyin olundu

17:31 31 May 2023

Azərbaycanda "İnterpol”un Milli Mərkəzi Bürosuna yeni rəis müavini təyin olunub.

"Sitat.info" xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polkovnik Namiq Camalov vəzifəsindən azad olunaraq sözügedən quruma rəis müavini təyin edilib.

Qeyd edək ki, Namiq Camalov sabiq müdafiə sənayesi naziri, mərhum Yavər Camalovun qardaşı oğludur.



Xəbər xətti